Depovit Nyu

Baş səhifə / Məhsullar / Depovit Nyu

Depovit Nyu

DEPOVİT NEW oral damla normal qidalanmanı əvəz etmir. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.Биологически активная добавка. Не является лекарственным средством.


Tərkibi

(hər 5 ml–də) Əsas maddə: Xolekalsiferol 50 000 BV (1 ml–də 25 damla, 1 damlada isə 400 BV vitamin D3 mövcuddur) Köməkçi maddələr: Zeytun yağı.

Göstərişlər

D-hipo və avitaminozunun, raxitin, osteomalyasiyanın və osteoporozun profilaktikası məqsədi ilə qida rasionu D3 vitamini ilə zənginləşdirilir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

İstifadə qaydası və dozalanması

14 yaşdan yuxarı uşaqlar və böyüklər üçün gün ərzində 1 dəfə 1 damla nəzərdə tutulur. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Digər istifadə qaydalarına və dozalanmasına yalnız həkim məsləhəti əsasında icazə verilə bilər.

Xüsusiyyətləri

D3 vitamini kalsium və fosfor mübadiləsinin tənzimləyicisi olub, dəridə günəş şüalarının təsirindən yaranır. Bu vitamin sümüklərin, skeletin və dişlərin normal inkişafına səbəb olur. D3 vitamini nazik bağırsaqlarda kalsium və fosfatların absorbsiyası, mineral duzların daşınması və sümüklərin kalsifikasiya proseslərini təmin edir. Qanda kalsium ionlarının konsentrasiyasına nəzarət etməklə skelet əzələsinin normal tonusunu təmin edir, miokardın funksiyasını tənzimləyir, sinir impulslarının ötürülməsində, ATF-in sintezində iştirak edir. Eləcə də qalxanabənzər ətraf vəzin normal funksiyasını təmin edir. Komponent limfokinlərin sintezinə müsbət təsir edərək qeyri-spesifik immunitetin formalaşmasında mühüm rol oynayır.

Əks göstərişlər və əlavə təsirlər

Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq, 14 yaşa qədər uşaqlar. D hipervitaminozu, hiperkalsiemiya, hiperkalsiuriya, böyrək çatışmazlığı, böyrək daşı xəstəliyi və ağciyər vərəminin aktiv forması əks göstərişdir. Mədə-bağırsaq xorasında, ürəyin üzvi zədələnməsi ilə keçən xəstəliklərdə (perikardit, miokardit və s.) ehtiyatla istifadə edilməlidir.

Xəbərdarlıq

Hamiləlik və laktasiya dövründə həkim məsləhəti olmadan qəbul edilmir.

Buraxılış forması

karton qutuya yerləşdirilmiş 8 ədəd şüşə flakon. Hər flakonda 5 ml oral damla.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. Soyuq yerdə saxlanıldığı zaman zəif çöküntü və ya zəif bulanıqlıq yarana bilər ki, bu da məhsulun keyfiyyətinə təsir göstərmir.

Yararlıq müddəti

3 il

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Bioloji fəallığa malik qida əlavəsidir. Dərman vasitəsi deyildir.

İstehsalçı

KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti. / KOC Pharmaceuticals Co. Ltd.

Ünvan

Macun Mahallesi Erciyes İş Yerleri Sitesi 196. Cad. No: 21 Yenimahalle / ANKARA / TÜRKİYE. Tel: +90 312 397 65 70 Faks: +90 312 397 88 75 - www.kocilac.com / [email protected]

Əməkdaşlıq təklifiniz və ya iradınız var ?

Qısa formu dolduraraq Remedi Group şirkəti ilə əməkdaşlıq mövzusu və ya iradınızla bağlı bütün suallarınızı asanlıqla göndərə bilərsiniz. Nümayəndəmiz ən qısa zamanda sizinlə əlaqə saxlayacaq.

Təklif göndər
scheme1