Lenorma
Baş səhifə / Məhsullar / Lenorma
Baş səhifə / Məhsullar / Lenorma
Dərman vasitəsi deyil!
Hər kapsulun tərkibində 110 mkq Selen(selenium) vardır.
Ürək-damar xəstəlikləri, o cümlədən, insult, infarkt, miokardiodistrofiya. Onkoloji xəstəliklərin profilaktikası, xüsusilə də ağciyər, prostat və yoğun bağırsaq xərçəngi zamanı. Müxtəlif destruktiv xəstəliklər zamanı antioksidant terapiya: osteoporoz, osteoxondroz, osteomielit, bronxoektatik xəstəlik və s. Parenximatoz orqanların (qaraciyər, ağciyər, böyrəklər) kəskin və xroniki absesləri. Kişi sonsuzluğunun bir çox növləri, o cümlədən, oliqospermiya. Müxtəlif xəstəliklərin profilaktikası. Selen çatışmazlığı və s.
1 kapsul gündə 1 dəfə
Selen 1817-ci ildə İsveç alimi Yen Bertselius tərəfindən tapilmışdır.1999-cu ildə o dərman preparatı və ən güclü antioksidant kimi tanınmışdır.Təxminən 200 hormon və fermentin tərkibində Selen olduqu üçün o, insan orqanizminin bütün orqan və sistemlərinin işinin tənzimlənməsində əsas rol oynayan elementlərdən biridir. Selen yodla birlikdə qalxanabənzər vəzin işini təmin edir.O, antioksidant müdafiə mexanizmini hazırlayaraq orqanizmi onkoloji xəstəliklərdən və vaxtından əvvəl qocalmadan qoruyur. Selen immunlaşdırma fermenti olan qlutationperoksidazanın sintezinə birbaşa təsir göstərdiyi üçün bir sıra xerçəng xəstəliklərinin (ağciyər,bağırsaq,süd vəzi,prostat vəzin xərçəngi) yaranmasının qarşısını alır.Tədqiqatlar göstərmişdir ki, Selen qəbulu xərçənglə xəstələnmə riskini təxminən 40%, xərçəngdən ölüm hallarını isə 50%-ə qədər azaldır. -Selen bu günə kimi, xərçəngəleyhinə təsirinin mexanizmi tam aydın olmasa da, güman olunur ki,o hüceyrələrin oksidləşməsini azaldaraq onlari deformasiya olmağa və DNT-sinin genetik pozulmasina mane olur, həmçinin hüceyrələrin normal inkişafını, bərpasını təmin edir. -Selen insanin immun sistemini normal saxlamaq üçün vacib mikroelementdir. Son tədqiqatlar göstərmişdir, ki QİÇS –lə xəstələnən insanların qanında Selenin miqdarı sağlam insanlara nisbətən 15 dəfə azdır, məhz bu element QİCS-dən ölüm hallarını azaltmağa qadirdir. -Selen çatışmazlıqı mədəaltı vəzin zədələnməsinə, insulin-sekretor funksiyalara mənfi təsirə səbəb ola bilər. -Selen ürəyin sağlamlığında, qan damarlarının normal fəaliyyətində və infarktdan sonra ürək əzələsinin bərpasında böyük rol oynayan koferment Q10-un sintezində iştirak edir. Müəyyən edilmişdir ki, qanında Selenin səviyyəsi aşağı olan insanlarda ürək-damar xəstəlikləri riski, bu elementin səviyyəsi normal olan insanlara nisbətən 70% çoxdur. -Selen kişilərin reproduktiv sağlamlığına (kişi hormonu olan testesteronun tərkibinə daxildir, spermogenezin azalma səbəbindən olan kişi sonsuzluğu zamanı məsləhət görülür) yardım edir. -Selen görmə itiliyinin qorunmasına yardım edir(gözün torlu qişasında mövcuddur). -Selen ağır metallarla birleşərək və onları orqanizmdən kənarlaşdıraraq, qaraciyər zədələnməsi və nekrozlaşmasının qarşısını alır. Selen həmçinin civə və gümüşün təsirini neytrallaşdırır, orqanizmi kadmium, qurğuşun, tallium, tütün tüstüsü və işlənmiş qazlar ilə zəhərlənmədən müdafiə edir. -Selen həmçinin, nuklein turşularını zədələnmədən qoruyur. Nuklein turşuları isə bütün canlı sistemlərin əsas tərkib hissələridir, onlar zülal sintezində və orqanizmin xüsusiyyətlərinin və irsi əlamətlərin genetik kodla ötürülməsində aparıcı rol oynayırlar. O,insan orqanizmin ətraf mühütin zərərli məhsullarına, viruslara, müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. -Selen aflatoksinləri iflic edir və onları yaradan kif göbələklərini məhv edir. -Selen medikamentoz müalicənin təsirini artırır,onun toksikliyini isə azaldır. -Selen çatışmazlığı alkaqola həvəsi artırır. -Selen təbii antibiotik hesab olunur. -Astma, allergik xəstəliklərdə effektivliyi sübut edilmişdir. -Dəri, boğaz, burun, qulaq xəstəliklərinin müalicəsində istifadə olunur. Selen beyin fəaliyyətini yaxşılaşdırır. Selen qəbulu insanın əhval-ruhiyyəsini yüksəldir, əsəbilik, yorğunluq, depresiya, aqresivlik, həyəcan, özünə güvənməmə hissini azaldır.
Allergik reaksiyalar. Selenə olan invidual həssaslıq. 14 yaşa qədər uşaqlar.
Lenorma, kapsul N60
200 C temperaturdan aşağı, quru və uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır.
3 il
KOC PHARMACEUTİCALS CO.LTD
Macun Mah. Erciyes İşyerleri Sit. 196. Cad.No:21 Yenimahalle/Ankara
+90 312 397 65 70
Qısa formu dolduraraq Remedi Group şirkəti ilə əməkdaşlıq mövzusu və ya iradınızla bağlı bütün suallarınızı asanlıqla göndərə bilərsiniz. Nümayəndəmiz ən qısa zamanda sizinlə əlaqə saxlayacaq.
Təklif göndər