Depovit Oral damla

Baş səhifə / Məhsullar / Depovit Oral damla

Depovit Oral damla

Qoy həmişə günəş olsun

Bioloji fəallığa malik qida əlavəsidir. Dərman vasitəsi deyildir. Normal qidalanmanı əvəz etmir. Xəstəlik və ya dərman istifadəsi zamanı həkiminizlə məsləhətləşin.

Tərkibi

Təsiredici maddə : Xolekalsiferol 50.000 BV. (1 ml-də 25 damla, 1 damlada 133 BV vitamin D3 mövcuddur), Köməkçi maddə : Zeytun yağı.

Göstərişlər

D-hipo və avitaminozunun, raxitin profilaktikası, osteomalyasiya və osteoporozun kompleks profilaktikası məqsədilə qida rasionun D3 vitami ilə zənginləşdirilir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

İstifadə qaydası və dozalanması

1,5-4 yaş arası uşaqlar üçün gün ərzində 1 dəfə 1 damla, 4-14 yaş arası uşaqlar üçün 2 damla gündə 1 dəfə nəzərdə tutulur.14 yaşdan yuxarı və böyüklərdə 4 damla gündə 1 dəfə daxilə qəbul olunur. Tövsiyə olunan sutkalıq dozanı keçməyin. Digər istifadə qaydası və dozalanmasına həkim məsləhəti əsasında icazə verilir.

Xüsusiyyətləri

Depovit qida əlavəsinin əsas təsiredici komponenti xolekalsiferol (Vitamin D3)-kalsium və fosfor mübadiləsinin tənzimləyicisi olub, dəridə günəş şüalarının təsirindən yaranır. Komponent sümüklərin, skeletin və dişlərin normal inkişafına səbəb olur. D3 vitamini nazik bağırsaqlarda kalsium və fosfatların absorbsiyası, mineral duzların daşınması və sümüklərin kalsifikasiya proseslərini təmin edərək antiraxitik təsir göstərir. Böyrəklərdə kalsium və fosfatların reabsorbsiyasını tənzimləyir. Qanda kalsium ionlarının konsentrasiyasına nəzarət etməklə skelet əzələsinin normal tonusunu təmin edir, miokardın funksiyasını tənzimləyir, sinir impulslarının ötürülməsində , ATF-in sintezində iştirak edir. Vitamin qalxanabənzər ətraf vəzinin normal funksiyasını təmin edir. Komponent limfokinlərin sintezinə müsbət təsir edərək qeyri-spesifik immunitetin formalaşmasında mühüm rol oynayır.

Əks göstərişlər və əlavə təsirlər

Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. 1,5 yaşa qədər uşaqlar, D hipervitaminozu, hiperkalsemiya, hiperkalsiuriya, böyrək çatışmazlığı, böyrək daşı xəstəliyi, ağciyər vərəminin aktiv forması. Mədə-bağırsaq xorasında, ürəyin üzvi zədələnməsi ilə keçən xəstəliklərdə (perikardit, miokardit və s.) ehtiyatla istifadə edilməlidir.

Xəbərdarlıq

Hamiləlik və laktasiya dövründə həkim məsləhəti olmadan qəbul edilmir.

Buraxılış forması

DEPOVİT oral damla, 15 ml şüşə flakonda karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. Soyuq yerdə saxlanıldığı zaman zəif çöküntü və ya zəif bulanıqlıq yarana bilər ki, bu da məhsulun keyfiyyətinə təsir göstərmir.

Yararlıq müddəti

3 il

İstehsalçı

KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti. / KOC Pharmaceuticals Co. Ltd.

Ünvan

Macun Mahallesi Erciyes İş Yerleri Sitesi 196. Cad. No: 21 Yenimahalle / ANKARA / TÜRKİYE. Tel: +90 312 397 65 70 Faks: +90 312 397 88 75 - www.kocilac.com / [email protected]

Əməkdaşlıq təklifiniz və ya iradınız var ?

Qısa formu dolduraraq Remedi Group şirkəti ilə əməkdaşlıq mövzusu və ya iradınızla bağlı bütün suallarınızı asanlıqla göndərə bilərsiniz. Nümayəndəmiz ən qısa zamanda sizinlə əlaqə saxlayacaq.

Təklif göndər
scheme1