Fol turşusu (B9 vitamini) insan orqanizmi üçün ən vacib olan vitaminlərdən biridir. Bu, sağlam sinir sistemi üçün vacib olan B vitaminləri qrupunun başqa bir üzvüdür.
Fol turşusu, bədəndə bir çox vacib funksiyanı həyata keçirən , sintetik folat növü olan, suda həll olan bir vitamindir. Təbii olaraq bir çox qidanın tərkibində və müxtəlif əlavələrdə olur. Hüceyrə bölünməsində əhəmiyyətli rol oynaması səbəbindən hamiləlik, uşaqlıq və gənclik kimi sürətli inkişaf dövrlərində kifayət qədər qəbul etmək olduqca vacibdir
"Ana vitamini" tam olaraq fol turşusudur. Ümumiyyətlə, analarda fol turşusuna təlabatın artdığı məlum olur. Əgər fol turşusu təlabatı hamiləlikdən əvvəl 400 μg təşkil edirsə, bu hamilə qadınlarda 600 μg-ə qədər artır. Bu, 50% əlavə təlabat deməkdir!
Hətta tam dəyərli və balanslaşdırılmış qidalanma hamiləlik zamanı fol turşusuna olan təlabatını tam ödəyə bilmir. Bu səbəbdən istisnasız olaraq bütün həkimlər hamilə qadınlara həb şəklində olan fol turşusu preparatlarını təyin edirlər. Fol turşusu hamiləliyə hazırlıq mərhələsində və hamiləliyin 12-ci həftəsinə qədər mütləq (!) qəbul olunmalıdır.
Ümumiyyətlə, fol turşusunun qidalanma ilə alınması çox aşağıdır. Fol turşusu B vitaminləri qrupuna aiddir. Bu, hərtərəfli istedaddır: bir tərəfdən hüceyrə bölünməsinə kömək edir və hüceyrələrin yenidən meydana gəlməsində də əhəmiyyətli dərəcədə iştirak edir. Bundan əlavə o, qanın meydana gəlməsini dəstəkləyir və beynin inkişafına kömək edir.
Fol turşusu hamiləliyin ilk mərhələlərində körpənizin onurğa və beyninin sağlam inkişafı üçün çox vacibdir. Kifayət qədər fol turşusu qəbul etməsəniz, körpənizdə spina bifidanın yaranma təhlükəsini artırırsınız (onurğa sütununun hamiləliyin ilk ayında bağlana bilməməsi)
Fol turşusu tək qadınlarda deyil, həm də kişilərə tətin edilir. Kişilərin orqanizmində fol turşusu bu funksuyaları yerinə yetirir:
⦁ Spermatotozoidlərin hərəkət və həyat qabiliyyətini artırır;
⦁ Sağlam olmayan kişi hüceyrələrinin sayını azaldır və uşağın anadangəlmə patologiya ilə doğulma riskini azaldır;
⦁ İmmun sistemini fəallaşdırır və orqanizmin ümumi tonusunu artırır;
Fol turşusu əlavəsi ilə yanaşı, siz həmçinin, fol turşusu bol olan qidalar da qəbul etməlisiniz. Fol turşusu təşkil edən qidalar:
⦁ Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, brokkoli, kələm)
⦁ Qulançar
⦁ Noxud, Lobya və mərcimək
⦁ Bəzi meyvələr, xüsusən, papaya, portağal və qreypfrut
⦁ Çuğundur
⦁ Avokado