Smart Hit Ferrum
Baş səhifə / Məhsullar / Smart Hit Ferrum
Baş səhifə / Məhsullar / Smart Hit Ferrum
Dərman vasitəsi deyildir, bioloji fəallığa malik qida əlavəsidir, liposomlaşdırılmış dəmir, dəmir mənbəyi
Hər kapsulda - əsas maddələr: Liposomal dəmir (qarğıdalı nişastası, dəmir difosfat (dəmir pirofosfat), emulqator – günəbaxan lesitini (fosfolipidlər)) (62 %) 360 mq (28 mq sərbəst dəmirə bərabərdir), Natrium L-askorbat 83 mq (70 mq vitamin C - ə bərabərdir), Piridoksinhidroxlorid 2,05 mq (1,4 mq sərbəst vitamin B6 – a bərabərdir), Metilkobalamin 3,0 mkq (2,5 mkq vitamin B12 - ə bərabərdir); Köməkçi maddələr: Mikrokristallik sellüloza (E460), yağ turşularının maqnezium duzları (E470b), silisium dioksid (E551), hidroksipropil metil sellüloza (E464), titaniumdioksid (E171).
Dəmir, vitamin C, vitamin B6 və vitamin B12 maddələrlə qida rasionunu zənginləşdirmək, eləcə də bu maddələrin çatışmazlığında müşahidə olunan xəstəliklərin müalicəsi zamanı köməkçi vasitə kimi tövsiyə olunur. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
14 yaşdan yuxarı uşaqlar və böyüklər bir kapsuldan gündə bir dəfə (qadın cinsi nümayəndələri üçün). Mədə-bağırsaq traktında narahatlıq yarandığı halda az miqdarda su ilə qəbul edilməsi tövsiyə olunur.
LİPOSOMLARDA KAPSULLAŞDIRILMIŞ DƏMİR – bu dəmir mikrokapsulları mikroelementlərin yaxşı mənimsənilməsini təmin edən MIOSOL® effektiv absorbsiya texnologiyası ilə hazırlanmışdır. Bu mikrokapsullar əlavə təsir riskini azaldır. (dəmir dadı vermir, həzm traktını qıcıqlandırmır). Liposomlarda kapsullaşdırılmış dəmirin effektiv absorbsiyası elmi araşdırmalar zamanı müəyyən edilmişdir. DƏMİR hemoqlobinin normal formalaşmasına və bədəndə normal oksigen nəqliyyatına kömək edir. DƏMİR, VİTAMİN B6 və B12 qırmızı qan hüceyrələrinin normal şəkildə formalaşmasına kömək edir. DƏMİR, VİTAMİN C, B6 və B12 yorğunluq və halsızlığın azalmasına kömək edir. VİTAMİN C dəmir absorbsiyasını artırır. VİTAMİN B6 hormonal aktivliyin tənzimlənməsinə kömək edir.
Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmur. Hamiləlik və laktasiya dövründə həkimin məsləhəti olmadan qəbul edilmir (Daha ətraflı istifadə təlimatda tanış olun). SmartHit Ferrum kapsulları normal qidalanmanı əvəz etmir. Yanaşı digər dərman vasitələrinin qəbulu zamanı həkiminizlə məsləhətləşin.
Nəzərdə tutulmuş dozanı aşmayın. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Karton qutuda flakonda 30 kapsul.
Quru, qaranlıq, 25 °C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
2 il
Valentis UAB, Molėtų pl. 11, LT-08409 Vilnius, Litva. DİSTRİBÜTOR: Remedi Group AB-də istehsal olunub.
Qısa formu dolduraraq Remedi Group şirkəti ilə əməkdaşlıq mövzusu və ya iradınızla bağlı bütün suallarınızı asanlıqla göndərə bilərsiniz. Nümayəndəmiz ən qısa zamanda sizinlə əlaqə saxlayacaq.
Təklif göndər